Ölkə

Azərbaycan COP29-a gələcək qonaqları qarşılamağa hazırdır

COP-ların tarixən, 1995-ci ildən etibarən, ortalama 10 min iştirakçısı olub. 2009 Kopenhagen və 2015 Parisdə bu rəqəm 30 min ətrafına çatıb. Son 3-4 ildir ki, bu sayı yenidən 30 minə yüksəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov APA-ya müsahibəsində bildirib.

O qeyd edib ki. Dubayda keçirilən son COP-da isə qonaq sayı 60-100 min ətrafında olub: “Bu tarixi olaraq bir yenilik idi. Biz 40-50 min ətrafında qonaq gözləyirik. Amma burada nəzərə alınmalı başqa məqamlar da var. Yalnız qeydiyyatdan keçənlərmi sayılacaq, ya gələnlərin ailə üzvləri, müxtəlif əlaqədar tədbirlərlə bağlı gələn ziyarətçilər də nəzərə alınacaq? Buna görə say dəyişə bilər. Qeyd etdiyimiz kimi, COP-lar iqlim danışıqları prosesidir ki, bəzən sayın həddindən artıq olmasının əsas məqsəddən yayınılması ilə nəticələnəcəyi ifadə edilir. Bütün hallarda, Azərbaycan gələcək qonaqları qarşılamağa hazırdır”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button