Uncategorized

Azərbaycan III Avropa Oyunlarında ilk medalını qazanıb

Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az apasport.az-a istinadla bildirir ki, 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.

Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.

O, qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosa (Yunanıstan) qalib gəlib. Tural yarımfinalda isə polşalı Miloş Sabieçkini məğlub edib.

Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button