Ölkə

Azərbaycan mobil şəbəkənin sürətinə görə Qafqazda və Mərkəzi Asiyada liderdir

Azərbaycanda mobil rabitə vasitəsilə məlumatların ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrinin göstəricilərini üstələyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Trend-ə “Ookla” şirkətinin baş analitiki Silvya Keçiçe deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti internet xidmətlərinə artan tələbatı ödəmək və iqtisadi inkişafın ən mühüm sütunu olan rəqəmsal transformasiyanı təmin etmək üçün ölkənin genişzolaqlı infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə qoyur.

“2023-cü ilin iyun ayında Azərbaycan mobil şəbəkənin ötürülmə sürətinə görə 40,39 Mbit/s orta yükləmə sürəti ilə Qazaxıstan (68), Gürcüstan (74), Ermənistan (81), Qırğızıstan (82) və Özbəkistanı (107) qabaqlayaraq 59-cu yerdə qərarlaşıb. Azərbaycan 4G texnologiyası sayəsində bu ölkələri qabaqlayır. Bu texnologiyaya investisiya 4G şəbəkəsində məlumat ötürmə sürətini 2022-ci ilin iyununda 33,75 Mbit/s-dən 2023-cü ilin iyununda 43,46 Mbit/s-ə yüksəldib. 4G əlçatanlığı da 2022-ci ilin iyunundaki 73,1 faizdən 2023-cü ilin iyununda 80,5 faizə yüksəlib”, – deyə o bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button