İdman

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

Azərbaycan Premyer Liqası

I tur

4 avqust

20:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Dalğa Arena”.

Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları avqustun 5-də, “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə 6-da keçiriləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button