Siyasət

Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır

Ağdam-Xankəndi yolu Xankəndi ilə Azərbaycanın əsas hissəsini birləşdirir. Qarabağ hər zaman Azərbaycanla bu yol vasitəsilə bağlı olub. Təbiət özü bu bağlılığı yaradıb. Çünki Qarabağdan Ermənistana gedən yol dağlardan, çətin ərazilərdən keçir, yəni, keçilməz bir çətinlik var.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu yolun bir siyasi anlamı da var.

“Siyasi anlamı odur ki, Qarabağ Azərbaycandır. Paşinyan da, Ermənistan da bunu qəbul etməyə vadar edildi. Təbii ki, onlar bunu könüllü olaraq etmədilər. Bizim zəfər savaşından sonra onlar məcburən bunu qəbul etməli oldular. Əgər qəbul ediblərsə, bunun növbəti mərhələsi Qarabağın Azərbaycana reinteqrasiyasıdır.

Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olaraq, orada yaşayan erməni toplumunun da Azərbaycan hüquqlarını, təhlükəsizliyini öz konstitusiyası əsasında təmin etməyə hazırdır.

Bu yol da əslində kiminsə üçün texniki görünə bilər, amma bu texniki deyil. Yol sabitlikdir, inkişafdır və gördüyünüz kimi, Azərbaycan yollar qurduğu halda Ermənistan yollara maneələr qurur”, – deyə H.Hacıyevc əlavə edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button