İdman

Azərbaycan şahmatın təbliğində ən fəal ölkələrdən biridir

Azərbaycan Şahmat Federasiyası bu idman növünün təbliğində ən fəal ölkələrdən biridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçirilən FIDE Dünya Kubokunun açılış mərasimi ilə əlaqədar Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni şahmat klubları yaradılır, gənc şahmatçılar yarışlarda iştirak edirlər.

“Onu da vurğulamaq istəyirəm ki, azərbaycanlı yeniyetmə şahmatçılar beynəlxalq şahmat turnirlərində çox uğurla çıxış edirlər”, – deyə o bildirib.

Dvorkoviç qeyd edib ki, FIDE-nin əsas proqramı dünya məktəblərində şahmatın inkişafıdır.

“Çox çətin olmasına baxmayaraq, artıq müsbət nümunələr var. Biz hər gün bu proqram üzərində işləyirik, müəllimlər və şagirdlərin özləri üçün dərsliklər hazırlayırıq. Bundan başqa bu prosesə kömək edən müxtəlif onlayn platformalarımız var. Həmçinin uşaq və gənclər arasında keçirilən yarışların nüfuzunun artırılması üzərində işləyirik”, – deyə Dvorkoviç bildirib.

Qeyd edək ki, Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu yubiley Dünya Kuboku iyulun 30-da başlayacaq və avqustun 25-dək davam edəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button