Ölkə

Azərbaycan sübut etdi ki, qərarı özü verir

Ermənistan sərhədə “humanitar konvoy” göndərərək, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Bölgədə “blokada” və “humanitar böhran”ın olması ilə bağlı əsasız ittihamlar səsləndirdi, şoular düzəltdi. Amma növbəti dəfə onların nəticəsi tam uğursuzluğa düçar oldu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan imtina etməsinin səbəbi də bu şounu daha genişmiqyaslı etmək cəhdidir.

“Ermənistan bu yolla Azərbaycana təzyiq edə biləcəyini düşünürdü. Döyüş meydanında parlaq qələbə qazanan Azərbaycana siyasi müstəvidə təzyiq göstərmək qeyri-mümkündür. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrildi”, – deyə A.Qarayev əlavə edib.

A.Qarayev onu da bildirib ki, Ağdam-Xankəndi yolunun açılması faktı bir çox mətləblərdən xəbər verir.

“Azərbaycan sübut etdi ki, bura Azərbaycan ərazisidir. Yolun haradan keçəcəyi barədə qərarı Azərbaycan verir. Ermənistanın mənasız və əsassız çabaları boşunadır və Azərbaycanın daxili işinə qarışmaq mümkün deyil”, – deyə polkovnik əlavə edib.

Ermənistanın son təxribatlarına da toxunan A.Qarayev bildirib ki, bölgədə Ermənistanın gərginlik yaratmaq cəhdləri, qoşunları sərhəddə toplaması, Xankəndidəki “prezident seçkiləri” oyunları onların özü üçün yaxşı heç nə vəd etmir.

“Ermənistan siyasi rəhbərliyi yaranan gərginliyə görə məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə Azərbaycanın sülh təkliflərindən imtina edib, revanşist meyillərlə təxribatlara əl atmaq Ermənistan üçün böyük fəlakətlərlə nəticələnə bilər”, – deyə A.Qarayev vurğulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button