Siyasət

Azərbaycan və Özbəkistan arasında yeni “Yol Xəritəsi” imzalandı

Azərbaycan və Özbəkistan arasında yeni “Yol Xəritəsi” imzalanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni “Yol Xəritəsi”ni imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək”, – nazir bildirib.

Qeyd edək ki, bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində bir çox müzakirələrin aparılması, rəsmi mərasimlərin keçirilməsi gözlənilir.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button