İqtisadiyyat
Azərbaycan yaşıl enerjinin Avropaya ötürülməsi üçün üç ölkə ilə birgə müəssisə yaradır
Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Avropaya ötürülməsi üçün birgə müəssisə yaradır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, bununla bağlı Buxarestdə Anlaşma Memorandumu imzalanıb.
“Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq”, – P.Şahbazov yazıb.
Milli.Az