İqtisadiyyat

Azərbaycana pul köçürmələri azalıb – Mərkəzi Bank

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana pul köçürmələri 45 faiz azalaraq, 891 milyon dollar olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəyə pul köçürmələrinin 68 faizi Rusiyadan daxil olub.

Azərbaycandan pul köçürmələrinə gəlincə, S.Nəsirov qeyd edib ki, bu göstərici üzrə birinci yerdə Türkiyə (64,6 milyon ABŞ dolları), ikinci yerdə isə Rusiya (38,5 milyon ABŞ dolları) gəlir. Bütünlükdə ölkədən pul köçürmələrinin həcmi 254,5 milyon ABŞ dolları olub.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button