Uncategorized

Azərbaycana qarşı FETÖ təhlükəsi: son həbslər nəyi göstərdi?

Azərbaycanda FETÖ terror təşkilatına qarşı keçirilmiş son əməliyyat Fətullah Gülən tərəfdarlarını inzivaya çəkilmələrinə rəğmən, fəal olduqlarını, ən başlıcası isə əvvəlki təki xaricdən idarə olunduqlarını ortaya qoydu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

2016-cı il, iyulun 15-dən 16-na keçən gecə. Fətullah Gülənin “Xizmet” hərəkatının mənsubları Türkiyədə hərbi çevrilişə cəhd etdilər. Ankara və İstanbul küçələrində hərbçilər və əllərində avtomat olan polislər, jandarmlar peyda oldular, səmada qırıcılar uçmağa başladı.

Həmin olay Türkiyə tarixində ilk hərbi çevriliş cəhdi deyildi. Amma ən qanlı cəhd oldu.

250-dən artıq insan həlak oldu, Gülən tərəfdarları onlarla hərbçini qətlə yetirdilər.

Fətullah Gülənin məqsədi daha sonra həmin çevrilişi Azərbaycanda təkrarlamaqdı.

Alınmadı, alına da bilməzdi. Amma “Hizmət” hərəkatı və bu hərəkatın mənsubları olan “nurçular” strategiyalarını dəyişməz saxlayaraq taktikalarını dəyişdilər, “yatmış hücrə”lərə çevrildilər və fəaliyyətlərini maksimum ehtiyatla davam etdirdilər.

Onlar Azərbaycanda bütün ehtiyat tədbirlərini gördüklərini, ustalıqla və peşəkarcasına maskalandıqlarını düşünürdülər.

Yanılırlar.

… Dünən saxlanılan Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib və Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qubad İbadoğlu ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi Türkiyə DİN-dən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb.

Bu ilin əvvəlində Qubad İbadoğlu sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxılması barədə bəyanat verib.

Xatırladaq ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.

FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.

Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.

FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.

Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub.

Fəqət, proses bununla bitməməlidir, çünki hazırda ABŞ-ın Pensilvaniya ştatındakı dəbdəbəli, nəhəng malikanədə yaşayan Fətullah Gülən Türkiyədə “Nurçular” hərəkatını yaradandan sonra xarici ölkələr arasında ilk olaraq Azərbaycanı hədəf seçmişdi. Liseylər, Qafqaz Universiteti, kurslar, şirkətlər, “Zaman” qəzeti və eyniadlı nəşriyyat, onlarla jurnal və onlayn resursla, minlərlə “nurçu” Gülənin mənhus ideologiyasının yayılmasına xidmət edirdi.

Fətullah Gülən Azərbaycanla geniş şaxələnmiş, çoxsaylı strukturlara yeridilmiş şəbəkə yaradılması barədə göstəriş vermişdi. Onun strateji məqsədi Türkiyədə hakimiyyəti ələ keçirmək, sonra isə Azərbaycanda iqtidarı bütünlüklə “nurçular”dan ibarət struktura çevirmək, ölkəmizi marionet dövlət statusuna salmaqdı.

Hazırda 81 yaşı olan Fətullah Gülən 1990-cı illərin sonlarınlda müalicə üçün yollandığı ABŞ-da sığınacaq alıb və “Hizmət” addlandırılan nəhəng strukturuun da əlaltıları vasitəsilə okeanın o tayındakı mənzio-qərargahından, o “məşhur” malikanəsindən idarə edir.

Dünyanın bir sıra ölkələrində terrorçu təşkilat kimi tanınmış FETÖ (“Fethullahçı Terör Örgütü”) 1969-cu ildə Türkiyənin İzmir şəhərindəki Kestanepazarıda Quran kursu ilə fəaliyyətə başlayandan sonra “İşıq evləri”, daha sonra “Himmət vəqfləri” kimi tanındı.

Bir qələr keçdi, Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri olan “Risaleyi-Nur”u əsas kitabları kimi təqdim etdiklərinə görə “nurçular” adlanan bu hərəkat mənsubları ibtidai və orta təhsil məktəbləri, kurslar, liseylər və universitetlər kimi təhsil müəssisələri təsis edərək yaratdılar, idarə etməyə başladılar. “Nurçular”ın hədəf kütləsit 13-18 yaşlılardı.

Daha sonra “nurçular” Türkiyədə media, biznes, dövlət strukturları, silahlı qüvvələr və polis kimi strukturlara sızdılar, gücləndilər, sayları artdı.

Fətullah Gülən isə bəyanatlarında, çıxışlarında və vəzlərində başlıca məqsədlərinin “dinlərarası dialoq, sosial yardım, təhsilə dəstək, maarifləndirmə” olduğu desə də, “nurçular” hətta səhiyyə, maliyyə, bankçılıq, sığortaçılıq və s. sahələrə siyarət etmişdilər.

Özünü “Himmət” və ya “Hizmət” adlandıran bu hərəkat mənsubları “cəmaatımızın əsas məqsədi Gülən ideologiyasına xidmət etməkdir” deyirdilər.

İslam dini Fətullah Gülən üçün məqsədə çatmaqda sadəcə, effektiv alət və konstruktiv vasitə olub, müxtəlif ölkələrdə pedaqoqlar və “din kurslarının müəllimləri” vasitəsilə agentura şəbəkəsinin yaradılmasına xidmət edib.

Bu gün Azərbaycanda FETÖ-nun şirkətləri, mediası və təhsil kursları var. Xüsusilə də mass-mediada və müxalifət düşərgəsində Fətullah Gülən tərəfdarlarının bütünlüklə, tamamən zərərsizləşdirilməsi istiqamətində ciddi, qəti addımların atılmasına zərurət var.

FETÖ ilə bağlı son əməliyyat və həbslər terror təşkilatının ölkəmizdəki şaxələnmiş agentura şəbəkəsinin, biznes, siyasət, ictimai sektor və mediadakı dayaqlarının dağıdılması istiqamətində görüləcək işlərdən xəbər verir.

Terror təşkilatı ölkəmizdə hədəflərinə çatmaq üçün bütün vasitələrdən, xüsusilə də biznes və siyasət sahələrindəki mənsublarından faydalanmaqda qərarlıdır.

Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və stabilliyi üçün təhdid olan FETÖ mənsubları Pensilvaniyadakı rəhbərləri Fətullah Gülənin əmrləri və göstərişlərinə uyğun olaraq rifahdan, tərəqqidən, qüdrətdən, Vətən sevgisindən və s. bu kimi məhfumlardan danışmağı sevirlər.

Lakin onların real məqsədləri və əsl hədəfləri Azərbaycanda çevriliş etmək, hakimiyyəti ələ keçirməkdir.

FETÖ hədəf və məqsədlər baxımından digər terror təşkilatlarından heç nə ilə fərqlənmir.

Fətullah Gülənin siması isə çirkindir – məramları kimi…

Elçin Alıoğlu

Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button