Ölkə

Azərbaycana səfir təyinatı niyə gecikir?

Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəddir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu APA-nın ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

“Mark V. Libbinin namizədliyi hazırda Senatın səsverməsini gözləyir. Cənab Libbinin 30 illik diplomatik təcrübəsi onu ABŞ-ın Azərbaycandakı səfiri olmaq üçün kifayət qədər layiqli namizəd edir və Dövlət Departamenti onun (namizədliyinin -red.) təsdiqini gözləyir. Biz Senatı cənab Libbini və Dövlət Departamentinin təyinatının təsdiqlənməsi gözlənilən digər namizədlərini təsdiq etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Xatırladaq ki, artıq bir müddət idi ki, diplomat Mark Libbinin namizədliyinin təsdiqi Senatın Xarici İşlər Komitəsində təxirə salınırdı. Libbinin namizədliyini Xarici İşlər Komitəsi təsdiqləsə də, Senatın yekun təsdiqi hələ verilməyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button