Azərbaycanda əhalinin sayı artdı
Azərbaycanda əhalinin sayı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10214441 nəfərə çatıb.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bu ilin oktyabr ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan və 2,9 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb.
Milli.Az