Ölkə
Azərbaycanda ər arvadını bıçaqladı
Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Milli.Az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A. Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az