Ölkə

Azərbaycanda ağır yol qəzası: bir ailənin 3 üzvü xəsarət aldı

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin sürücüsü Həsənov Cabir Əli oğlu həmin yolda dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol dairəsinə, sonra yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin üzvləri – 55 yaşlı Həsənova Raisə Sədi qızı, 31 yaşlı Həsənov Hafiz Əli oğlu və sürücü – 32 yaşlı Həsənov Cabir Əli oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button