Ölkə
Azərbaycanda avtoyuma işçiləri maşını qaçırdılar – Qəzaya düşdülər
Lənkəranda avtoyumada çalışan gənclər yuyulmaq üçün verilən maşını götürərək şəhər ərazisində sürətlə idarə ediblər və yağışlı hava şəraitində avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.
Nəticədə avtomobildə ön sərnişin oturacağında əyləşən 17 yaşlı İsmayıl Xansuvarlı hadisə yerində ölüb. Avtomobili idarə edən 23 yaşlı Taleh Abdullazadə ağır xəsarət alıb.