Ölkə
Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı
Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun