Uncategorized

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı – SƏBƏBLƏR

Bir neçə həftədən sonra Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.
Qazi.az “Oxu.az”a istinadən xəbər verir ki, son günlər müzakirə olunan əsas mövzulardan biri bəzi ali təhsil müəssisələrində təhsil haqlarının artırılmasıdır.
Çünki bu il 60 minə yaxın tələbə adını qazanan abituriyentdən cəmi 28 minə yaxını dövlət sifarişli, 30 mindən çoxu isə ödənişli əsaslarla təhsil almalı olacaq.
Təhsil haqqının artırıldığı və müzakirə mövzusu olan ali təhsil ocaqlarından biri də Azərbaycan Dillər Universitetidir. Belə ki, sosial mediada yazılan məlumatlara görə ADU-da bir çox ixtisaslarda təhsil haqqı 200 – 300 manat arasında artırılıb.
Sosial mediada müzakirə aparan abituriyentlər iddia edir ki, bu gün xarici dilləri süni intellekt, o cümlədən ChatGpt vasitəsi ilə istənilən müəllimdən daha effektiv öyrənmək olar. O zaman ADU-da təhsil haqqının artırılması ilə bağlı səbəb nədir?
Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinə sorğu ünvanlanıb.
Universitetin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Dillər Universitetində bakalavriat və magistratura səviyyələri üzrə bir sıra ixtisaslarda qismən təhsil haqqı dəyişikliyi nəzərdə tutulub.
“Buna misal olaraq, ingilis dili müəllimliyi, ərəb və koreya dilləri üzrə tərcüməçilik, xarici dil müəllimliyi (Alman, fransız, ispan dilləri üzrə), almаn dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı, frаnsız dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı, təhsildə sosial-psixoloji xidmət ixtisaslarını göstərmək olar.
Qismən təhsil haqqı dəyişikliyi qərarı digər özəl və dövlət universitetləri ilə müqayisəli şəkildə təhlil aparıldıqdan sonra verilib. Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı dəyişikliyi olsa da, yenə digər ali təhsil müəssisələri ilə müqayisədə daha aşağıdır.
Məsələn, Azərbaycan Dillər Universitetində magistratura səviyyəsində tədris olunan almаn dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı, frаnsız dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı, təhsildə sosial-psixoloji xidmət, pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika ixtisaslarının ödənişi illik 1000 manat olub. Hətta kolleclərdə də təhsil haqqı bundan daha yüksəkdir. Abituriyentlər arasında rəqabəti yüksək olan ingilis dili müəllimliyi ixtisası üzrə digər ali təhsil müəssisələri ilə müqayisə aparsaq, ADU-da yenə daha aşağı göstəricinin şahidi olarıq”,- deyə açıqlamada qeyd olunur.
Xarici dillərin süni intellekt vasitəsi ilə öyrənməyin daha asan olması məsələsinə gəlincə isə, qeyd olunub ki, bunu akademik səviyyədə tədris olunan ixtisaslarla müqayisə etmək yanlış münasibətdir.
“Ali təhsil müəssisəsi dörd il ərzində sistemli olaraq təkcə dil öyrətmir, eyni zamanda dilin nəzəriyyəsini, tarixini, həmin ölkənin tarixini, mədəniyyətini də öyrədir”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button