Azərbaycanda benzin və dizel istehsalı artdı
Bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 443,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, ağ neft istehsalı 12,1%, sürtkü yağları istehsalı 9,7%, neft bitumu istehsalı 2,6%, avtomobil benzini istehsalı 2,3%, dizel yanacağının istehsalı isə 1,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə neft koksu istehsalı isə 13,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
973,4 |
102,3 |
23,0 |
Ağ neft, min ton |
430,7 |
112,1 |
35,6 |
Qazoyllar (dizel yanacağı), min ton |
1565,4 |
101,2 |
147,3 |
Mazut, min ton |
26,6 |
5,1 d. |
1,2 |
Sürtkü yağları, min ton |
43,9 |
109,7 |
6,3 |
Maye qazlar, min ton |
132,5 |
83,0 |
0,8 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
747,6 |
101,3 |
37,9 |
ondan: |
|
|
|
neft bitumu, min ton |
175,9 |
102,6 |
10,9 |
neft koksu, min ton |
138,4 |
86,1 |
24,1 |
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun