Ölkə

Azərbaycanda bir sıra vəzifəli şəxs cərimələndi

Azərbaycanda bir sıra bələdiyyə sədrinə cərimə yazılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS) Biləsuvar bələdiyyəsinin sədri Abasov İlqar Vəlixan oğluna, rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Əcəmov Ehtibar Dəmir oğluna, Nəsimi bələdiyyəsinin sədri Əliyev Əli Hazarxan oğluna, Əsgərabad bələdiyyəsinin sədri Mirsultanov Mirəşrəf Mirsultan oğluna, Aşağı Cürəli Muğan bələdiyyəsinin sədri Şirinov Zahid Eyvaz oğluna, Yuxarı Cürəli bələdiyyəsinin sədri Nuriyev Rövşən Ədalət Oğluna və Çaylı bələdiyyəsinin sədri Astanov Əfqan Təzəxan oğluna cərimə yazıb.

Nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib. Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button