Ölkə

Azərbaycanda boşanma gündəlik maksimuma çatdı

Statistikaya görə günə 60 cütlük boşanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyulunda 29  191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.

Sosioloq Əhməd Qəşəmoğlu boşanmaların ilbəil artmasının narahatlıq doğurduğunu və məsələ ilə bağlı təcili tədbirlər görülməli olduğunu deyib. Onun sözlərinə görə, boşanmaların səbəbi bir çox amillərlə bağlıdır.

Onun fikrincə, biz elə fəaliyyət proqramları qurmalıyıq ki, ailə yenə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin. Bu sahədə  sosial xidmətlər artırılmalıdır.

Ölkəmizdə bu məsələrlə peşəkar şəkildə məşğul olan elmi mərkəzlər lazımdır – deyə sosioloq vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button