Ölkə

Azərbaycanda BU DA OLDU – Traktor sürücüsünə sürət həddini aşmağa görə cərimə göndərildi

Şəki rayonu, Baş Zəyzid kəndinin sakini, traktor sürücüsü Etibar İbrahimovun ünvanına sürət həddini aşma səbəbindən cərimə protokolu gəlib. Amma protokolda traktor deyil, başqa avtomobil qeyd edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, avtomobil cərimələnib, protokolda mikroavtobusun şəkili verilib, maşının sahibi kimi isə Şəkinin Baş Zəyzid kəndindən olan Etibar İbrahimov göstərilib.

56 yaşlı Etibar İbrahimov evə gədikdə ona DYP-dən cərimə protokolu gəldiyini deyiblər.

Əvvəlcə tarladan işdən gələn zaman hansısa xəta etdiyini düşünsə də protokolu oxuyarkən cərimənin minik avtomobilinə tərtib olunduğunu görüb. Bəlkə də oxşar nömrə olduğunu düşünərək şəklə baxıb və şəkildə 10 XC 835 nomrəli Lənkəranın bir kəndinə işləyən mikroavtobus olduğunu görüb.

Hazırda əkin-biçin mövsümü olduğu üçün işlərinin qızğın vaxtı olduğunu bildirən sürücü nə addım atacağını bilmir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq və hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button