Ölkə

Azərbaycanda bu məhəllə heç vaxt su üzü görməyib

Bərdədə 25 yaşlı bu məhəlləyə heç vaxt su verilməyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sakinlər içməyə su tapa bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 25 ildən çox yaşı olan bu məhəlləyə heç vaxt içməli su verilməyib.

Söhbət Bərdə Rayonu Nizami-2 ünvanından gedir. Burada yaşayan 100-dən artıq ailə içməli suya həsrət qalıb.

Sakinlər şəhərin mərkəzinə yaxın məhəllədə yaşamalarına baxmayaraq, həyətlərində tərəvəz, bağlarında isə meyvə yetişdirə bilmirlər. İllərdir davam edən susuzluq səbəbindən ağaclar da quruyur. Sakinlər bildirirlər ki, əvvəllər bağları və bostanları quyu suyu ilə suvarırdılar. Bir neçə ildir ki, ərazidəki quyular da quruyub.

Sakinlər çıxış yol kimi ərazidə artezian quyusunun qazılmasını təklif etsələr də, bu istəklərinə nail ola bilmədiklərini deyir.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, yaranmış vəziyyətdən xəbərdardırlar. Sözügedən məhəlləni içməli su ilə təmin etmək üçün aidiyyəti orqanlara müraciət edilib. Yaxın vaxtlarda Bərdə şəhəri, eləcə də ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq. Həmin yaşayış məntəqəsi də layihəyə daxil edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button