Ölkə

Azərbaycanda bu qədər körpəyə Zəfər adı verildi

Azərbaycanın tarixi Zəfər Gününün ildönümünə sayılı günlər qalıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, son 5 ildə Zəfər adının neçə körpəyə verilməsini araşdırıb.

Ədliyyə Nazirliyinin rəsmi rəqəmlərinə istinadən məlum olub ki, 2020-ci il Vətən müharibəsinə qədər bu ada müraciət edənlərin sayı az olub.

Ümumilikdə son 5 il ərzində 374 nəfər Zəfər adı ilə qeydiyyata alınıb.

Belə ki, 2019-cu ildə 22, 2020-ci ildə 110, 2021-ci ildə 125, 2022-ci ildə 82, 2023-cü ildə 35 nəfər öz körpəsinə Zəfər adını verib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanda Zəfər Günü təsis edilib. Sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button