Ölkə

Azərbaycanda bu vergi artırıla bilər

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 127,4 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,2 % çoxdur.

Yol vergisi üzrə daxilolmaların 90,4 milyon manatını və yaxud 70,6 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 29,4 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 5,2 % çox və 7,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button