Ölkə

Azərbaycanda daha bir zəlzələ oldu

Sentyabrın 4-də Kürdəmir stansiyasından 18 kilometr cənubda – Kürdəmir rayonunda zəlzələ baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yerli vaxtla saat 01:19-da qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub.

Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 20:35-də Kürdəmir rayonunda qeydə alınan zəlzələnin maqnitudası 5,2-yə bərabər olub. Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 5, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button