Ölkə

Azərbaycanda həkim-epidemioloq ştatlarının yarısının vakant olduğu üzə çıxdı

Azərbaycanda həkim-epidemioloq ştatlarının yarısının vakant olduğu üzə çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu, Hesablama Palatasının 2023-cü il üçün İş Planına əsasən Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditi zamanı üzə çıxıb.

Qeyd edilib ki, Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanıb, “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilib. Eləcə də, ölkə üzrə 74 Gigiyena və Epidemiologiya Mərkəzində (GEM) ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olub. Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button