Uncategorized

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı dövlət rüsumları təsdiqləndi

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Belə ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 25 manat Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi 3000 manat olacaq.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button