Ölkə

Azərbaycanda ticarət mərkəzində yanğın – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu haqda Milli.Az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 600 kv.m. olan ikimərtəbəli ticarət mərkəzinin 2-ci mərtəbəsində tavan və dam örtüyünün yanar konstruksiyaları 150 kv.m. sahədə və geyim əşyaları satılan mağazasının içərisində mallar 20 kv.m. sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button