Azərbaycanda toy günü BƏY ADAM VURDU
Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.
Milli.Az parol.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var.
Yenə toy karvanı, yenə faciə… – Yenilənib – FOTO
Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.
Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun