Azərbaycanda yeni inşa olunan piyada keçidi uçdu – Yenilənib
22:11
Cəlilabadda piyada keçidinin uçması nəticəsində bağlı qalan yol açılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Heydər Əliyev prospektində baş verən qəza nəticəsində yeni istifadəyə verilən yerüstü piyada keçidi uçub və həmin istiqamətdə yol bir müddət bağlı qalıb.
Polis əməkdaşları tərəfindən qəza baş vermiş ərazidə nəqliyyatın hərəkət axınının tənzimlənməsi həyata keçirilib. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində yolda hərəkət artıq tam şəkildə bərpa olunub.
————
21:03
Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.
Milli.Az APA-ya istinadən bildirir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.
Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun