Ölkə

Azərbaycandan xaricə uçuşların sayında kəskin artım

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys təşkil olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7 %) və 2 546 aviareys (20,4 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 134 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur.

8 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 004 reys olub ki, bu da illik müqayisədə 5,5 % çoxdur.

İlk üçlüyə 2 034 reyslə (+31 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 353 (+ 33,1 %), Səudiyyə Ərəbistanı 617 (- 4,6 %) , Qazaxıstan 557 ( – 5,8 %), Hindistan 435 ( + 5,6 dəfə) , Qətər 399 (+ 64,1 %), Küveyt 297 (+ 24,7 %) və Özbəkistan 287 ( – 33,5 %) daxil olub.

Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (279 aviareys, + 18,2 %) isə 11-ci yerə düşüb.

Təkcə avqust ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 19 % artaraq 2 841 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 792 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 21,1 % çoxdur.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button