Ölkə

Azərbaycanın bugünkü beynəlxalq əlaqələri ciddi geosiyasi perspektivlər vəd edir

İyulun 20-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, regionda baş verən tarixi-geosiyasi dəyişikliklərdən və dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətindən danışdı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib ki, Cənubi Qafqaz regionundakı tarixi transformasiya nəticəsində tarixi-geosiyasi dəyişikliklər baş verir.

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Ötən ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu tarixi dəyişikliklərin ən mühüm hadisəsi oldu. Sülh və ərazilərin azad edilməsi naminə bütün addımlar atılmalı idi. Bu qərarlılıq və fədakarlıq Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir.

Prezident İlham Əliyev dezinformasiyaya qarşı mübarizənin əhəmiyyətini də vurğuladı. Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğunu qeyd edərək, erməni diasporunun səfərbər olması və ermənipərəst siyasətçilərin Azərbaycana qarşı hücumlarını xatırlatdı. Azərbaycan reallığının qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlarla təqdim edildiyini vurğulayan Prezident, bu cür dezinformasiyaların Qərbdən qaynaqlandığını və buna qarşı biganə qalmamağın vacib olduğunu xatırlatdı”.

A.Qarayev bildirib ki, Azərbaycanın bugünkü beynəlxalq əlaqələri ciddi geosiyasi perspektivlər vəd edir.

“Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə Azərbaycan reallığı daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Region ölkələri ilə sıx əlaqələr isə Azərbaycan üçün iqtisadi iqtisadi inkişafın əldə olunmasında böyük əhəmiyyət daşıyır.

Azərbaycan regionumuzda və postsovet məkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. ABŞ və Avropa ilə münasibətlər sabitdir və bu əlaqələrin ölkəmizin güclənməsi, iqtisadi və siyasi müstəqilliyimizin artması üçün vacib əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, ümumilikdə Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın beynəlxalq münasibətlərdə və dezinformasiyaya qarşı mübarizədə fəal rol oynadığını göstərir. Şuşa Qlobal Media Forumu, bu sahədə atılan addımların əhəmiyyətini vurğulamaq və Azərbaycanın beynəlxalq ictimaiyyətlə əməkdaşlığını gücləndirmək üçün vacib bir platforma olaraq xidmət edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button