Ölkə

Azərbaycanın COP29-la bağlı hazırlıqları təqdirəlayiqdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan bu tədbirin bütün dünya üçün çox əhəmiyyətli fəaliyyət olduğunu bilir və hazırda bu istiqamətdə atdığı addımlar çox təqdirəlayiqdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu “Report”a Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycan üzrə səfiri olan (iqamətgahı Ankarada yerləşir) Kevin Hamilton bildirib.

“Bu baxımdan, əminəm ki, Bakı dünyanın böyük dövlətlərinin də iştirak etdiyi bu möhtəşəm tədbirin öhdəsindən uğurla gələcək. Kanadanın nümayəndə heyəti də COP29-da təmsil olunacaq”, – səfir vurğulayıb.

K.Hamilton əlavə edib ki, etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmək üçün gələn həftə Bakıya səfər edəcək.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button