Ölkə

Azərbaycanın keçmiş Baş naziri vəfat etdi

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub.

1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button