Ölkə

Azərbaycanın üzləşdiyi mina probleminin həlli üçün NATO-nun maliyyə və texniki yardımı müzakirə edilib

Azərbaycanın üzləşdiyi mina probleminin həlli üçün NATO-nun maliyyə və texniki yardımı müzakirə edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərliyi ilə nümayəndə heyətinin NATO qərargahına rəsmi səfəri başlayıb.

Səfərin ilk günündə ANAMA nümayəndələri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi Alyansın Lüksemburqda yerləşən Təchizat və Dəstək Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək Bölməsinin rəhbəri Orxan Muratlı və digər rəsmilərlə ikitərəfli görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanın üzləşdiyi mina problemi və problemin həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin, müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib.

Tərəflər, eyni zamanda, humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsini də geniş şəkildə müzakirə ediblər.

Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button