Ölkə

Azərbaycanlı aktrisa tələbə vaxtı maddiyata görə bu işlə məşğul olubmuş

Aktrisa Sevinc Əliyeva əvvəllər başqa sənətlə məşğul olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, o, bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” verilişində açıqlama verib.

Sevinc deyib ki, tələbəlik illərində rəqs müəllimi kimi çalışıb:

“Uşaqlıqda bilmirdim ki, aktrisa olacağam, amma istəyirdim. Ailədə tək uşaq idim, özüm özümlə oynayırdım. Məktəbdə çox utancaq idim, evdə isə bir gün həkim olurdum, bir gün satıcı. Anam kinostudiyada çalışdığı üçün bu mühitdə böyümüşəm, bir gün səs otağında olurdum, bir gün montaj otağında… Özümü başqa peşədə görmürdüm. Harada olsam da, kinoda olmalıydım. İncəsənət Gimnaziyasında təhsil aldım, sonra İncəsənət Universitetində oxudum. Onu da deyim ki, rəqs müəllimi olmuşam. Gimnaziyada rəqs, skripka və forte-piano üzrə təhsil aldım. Milli rəqsləri öyrəndim. Universitet dövründə gəlir lazım olduğu üçün paralel olaraq rəqs müəllimi kimi çalışdım. Birinci qrupumda da uşaqlar idi”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button