Ölkə

Azərbaycanlı idmançı atasının illərlə arzuladığını gerçəkləşdirdi

Tanınmış idmançı və aktyor Şükran Soltanov atdığı addımla gündəmə gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, atasına balaca “Prank” edən bodybuilder daha sonra onun illərlə arzuladığını reallaşdırıb.

Belə ki Şükran 65 yaşı olan valideyninə həmişə arzuladığı “Mercedes” markalı avtomobil hədiyyə edib.

Bu anları sosial şəbəkə hesabından paylaşan idmançı düşüncələrini belə ifadə edib:

“Atamın 65 yaşı tamam oldu. Ata, səni ürəkdən təbrik edirəm. Sən hər şeyin ən gözəlinə layiqsən. Sənə nə etsəm də, azdır. Yadıma gəlir, hər zaman, bu sənin arzun olub. Ala bilmədiyin maşın idi. Allah sənə çox uzun ömür bəxş etsin. Nə qədər ki, canımda can var, hər bir arzunu həyata keçirim. Sənin də, anamın da. Dostlar yenə deyirəm, söhbət avtomobilin hansı qiymətə olmasından getmir, məsələ illər öncə arzu edib, ala bilmədiyi maşından gedir”.

Hüseyn 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button