Mədəniyyət

Azərbaycanlı rejissor vəfat etdi – FOTO

Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az kulis.az-a istinadla xəbər verir ki, bu barədə aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında paylaşım edib.

“Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Başda müəlliməm Zəminə Hacıyeva olmaqla bütün sevənlərinə başsağlığı verirəm. Məkanınız cənnət olsun. Həm Azərbaycanda, həm də Türkiyədə yetişdirdiyiniz tələbələriniz sizi heç vaxt unutmayacaq”.

Qeyd edək ki, F.Hacıyev Xalq artisti Rauf Hacıyevin oğludur. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə də bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button