Ölkə

Azərbaycanlı şagirdlər fransızları heyran qoydu

Fransanın paytaxtı Parisdə keçirilən STEM olimpiadasının Qlobal mərhələsində iştirak edən “Evrika” liseyinin şagirdləri 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıblar. Riyaziyyat və kimya, fizika, bioloiya nominasiyaları üzrə medallar qazanan şagirdlərimiz vətənə qayıdıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müəllimləri və valideynləri tərəfindən böyük həyəcan və təmtəraqla hava limanında qarşılanan şagirdlər öz təəssüratlarını bölüşüblər.

114 ölkədən 11 min şagirdin iştirak etdiyi yarışda uğur qazanan “evrikaçı”lar uğurlarında müəllimlərinin rolunu xüsusi vurğulayıblar.

Liseyin direktor müavini Günel Qafarova “Evrika” liseyinin rəhbərliyi adından şagirdləri və valideynləri təbrik edib.   

Onu da qeyd edək ki, bu uğur “Evrika” liseyinin şagirdləri üçün ilk deyil. Bundan öncə də bir sıra olimpiyadaların qalibi olub, vətənə çoxsaylı medallarla dönüblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button