Ölkə
Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatı nə yerdədir?
Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.
“Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb.