Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq?
Hazırda azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı 26-dır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, “Böyük Qayıdış” prosesi davam edir, məntəqələrin sayı artacaq: “Azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin yaradılması məsələsinə növbəti iclaslarda baxacağıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun