Siyasət

Azad olunmuş ərazilərdə başlanan 10 avtomobil yolu layihəsindən 4-ü artıq tamamlanıb

Böyük qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə parallel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 km olan 10 avtomobil yolu layihəsinə başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb.

“Əlavə olaraq, cəmi uzunluğu 157,5 km olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Və təbii ki, böyük fəxr hiss ilə qeyd etmək istərdim ki, Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə belə gözəl bir hava limanı inşa olunmuşdur”, – deyə o, əlavə edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button