İqtisadiyyat

“AzerSky-2” peykinin buraxılmasına əlavə vəsait ayrılacaq

Azərbaycan dövlət büdcəsindən “AzerSky-2” peykinin buraxılmasına əlavə vəsait ayrılacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət büdcəsində 2023-cü il üçün nəzərdə tutulan vəsaitdən beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının, o cümlədən “Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılmasına 297,5 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2023-cü il üçün nəzərdən keçirilən dövlət büdcəsinin xərcləri 36,624 milyard manatdan yuxarıdır ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 9,8 faiz çoxdur. 2023-cü il üçün nəzərdən keçirilən dövlət büdcəsinin gəlirləri isə 33,89 milyard manatdan yuxarıdır ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında “Azərkosmos” ASC-yə məxsus “AzerSky” Yeri məsafədən zondlama peyki öz missiyasını nəzərdə tutulan istismar müddətindən bir il tez başa vurub.

Bundan əvvəl Azərbaycanın yeni peykinin orbitə təqribən 2025-2026-ci illərdə buraxılacağı deyilmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button