AZTV-nin əməkdaşlarına edilən mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik – Fahrettin Altun
AZTV-nin əməkdaşlarına edilən mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
“Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən yüksəklik itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.” – deyə o qeyd edib.
Fahrettin Altun bildirib ki, hücum zamanı yaralanan azərbaycanlı jurnalistlərə şəfalar diləyirik.
Milli.Az