Uncategorized

Bəzi avtomobillərin qiyməti artıb – VİDEO

Avtomobil bazarında dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti artıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,Rusiya istehsalı olan avtomobillərin satışı isə kəskin azalıb.

Bazarda hazırda fərqli tendensiya müşahidə olunur.

2013-cü ildən əvvəl istehsal edilən və dəyəri 20 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 7,3 faiz artıb.

“Həmçinin Rusiya istehsalı olan avtomobillərə maraq isə azalıb.”

2017-ci ildə bəzi şirkətlərin istehsalı olan maşınların satışında əvvəlki illə müqayisədə 47.8% azalma müşahidə olunub.  Avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirovun deyir ki, istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırıldıqdından sonra bu hal gözlənilən idi.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, bazarda qıtlıq yarandıqca qiymətlər artır. Lakin artıq bazarlarda alternativ nəqliyyat vasitələri də təklif edilir.

Yasin Mustafayev Rusiyadan gətirilən avtomobillərə marağın azalmasını isə həmin ölkənin iqtisadi vəziyyəti və sözügedən nəqliyyat vasitələrinin komfortlu olmaması ilə əlaqələndirib.

Ekspert qeyd edib ki, bazarda alternativ variantlar çoxaldıqca qiymətlər stabilləşəcək.

“Xəbər Ertəsi” nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button