Ölkə

Bəstəkar Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, musiqişünas Günay Məmmədova konsertlə bağlı tamaşaçıları məlumatlandırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq Artisti Gülbacı İmanova) və tarda Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin müşayiəti ilə solistlər – Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev (tenor), Respublika və beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat (tenor), Talıb İsgəndərli (bariton), Nigar Əskərova (soprano), Safura Aslanova (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Xəyyam Mirzəzadə “Səməd Vurğunun poemasına musiqili illüstrasiyalar”, Kamal Əhmədov “Vətəndir” romansı (sözləri Elbəy Maqsudov), “Azərbaycan bayrağı”, “Əbədi məşəl” (sözləri Xanəli Kərimli) səslənib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button