Ölkə

Babək və Şahbuz şəhərlərində yanğın oldu

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək şəhərində biçilmiş taxıl sahəsində, Şahbuz şəhərində isə “OKA” markalı minik avtomobilində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.

Babək şəhərində yanğın nəticəsində 2000 kvadratmetr biçilmiş taxıl sahəsi yanıb, 3000 kvadratmetr biçilmiş taxıl sahəsi isə yanğından mühafizə olunub. Şahbuz şəhərində isə minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button