Ölkə
Babasıgilə qonaq gedən 2 yaşlı uşaq faciəvi şəkildə öldü
Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində baş verib.
Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az