Ölkə

Babasının evindən pul, pensiya kartları və qızıl oğurlayan şəxs ələ keçdi

Astarada oğurluq əməlini törədən şəxs saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, Astara rayonunun Şahağacı kəndində yerləşən evlərin birindən oğurluq edilib.

Ev sahibi 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin nəvəsi Vüsal Dadaşov saxlanılıb. Oğurladığının bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button